ərazi (rayon) kollektiv sazişi

Ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir

əmtəə nişanı
ərazi quruluşu
OBASTAN VİKİ
Kollektiv
Kollektiv (lat. collectivus — toplayan) — bir təşkilatda, müəssisədə işləyən, bir məqsəd üçün çalışan qrup, insanlar birliyi. Daha böyük anlamda ümumi maraqlar, ideyalar və tələbatla birləşən insanlar qrupu. Əmək, təhsil, hərbi, idman, bədi özfəaliyyət və sair maraq kollektivləri olur. Sistem nzəriyyəsində kollektiv dedikdə sitemin demərkəzləşdirməsində paylayıcı növlər başa düşülür. == Mənbə == Статья "Коллектив" в БСЭ Статья "Коллектив и личность" в Философском словаре == Ədəbiyyat == Трудовой коллектив как объект и субъект управления / Отв. ред.: Пашков А. С. — Л.: Изд-во Ленингр. ун-та, 1980. — 119 c. Территориальный коллектив как субъект местного самоуправления :Государственно-правовые аспекты /И. В. Выдрин.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir. Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Kollektiv kimlik
Kollektiv kimlik və ya qrup kimliyi — bir qrupa paylaşılan mənsubiyyət hissi. Bu anlayış bir neçə sosial elm sahələrində görünür. Milli kimlik sadə bir nümunədir, baxmayaraq ki, kimlik hissini paylaşan saysız-hesabsız qruplar mövcuddur. Bir çox sosial anlayışlar və ya fenomenlər kimi, bu, empirik olaraq müəyyən edilməmişdir və konstruksiyadır. Onun bu sahələr daxilində müzakirəsi çox vaxt yüksək dərəcədə akademik xarakter daşıyır və akademiyanın özünə, XIX əsrdə başlayan tarixinə aiddir. == Sosiologiyada == Alberto Meluççi 1989-cu ildə "İndiki köçərilər" kitabını nəşr etmişdir. O, burada 1980-ci illərin sosial hərəkatlarının araşdırmalarına əsaslanan kollektiv şəxsiyyət modelini təqdim etmişdir. Meluççi fikirlərini Turen və Pissornonun yazılarına, xüsusən də onların müvafiq olaraq sosial hərəkatlar və kollektiv fəaliyyətə dair fikirlərinə əsaslandırmışdır. Alberto Meluççiyə görə, "kollektiv kimlik bir neçə fərd (və ya daha mürəkkəb səviyyədə qruplar) tərəfindən hazırlanmış və fəaliyyətin oriyentasiyası, fəaliyyətin baş verdiyi imkanlar və məhdudiyyətlər sahəsi ilə əlaqəli interaktiv və ortaq tərifdir". Kollektiv hərəkətlərin necə formalaşması və fərdlərin necə motivasiya tapması ilə bağlı nəzəriyyələr arasındakı boşluqla kifayətlənməyən Meluççi fərdlərin müəyyən oriyentasiyaları ortaq paylaşdıqları və bu əsasda birlikdə hərəkət etməyə qərar verdikləri aralıq prosesi müəyyən edir.
Kollektiv qaynama
Kollektiv qaynama — Emil Durkhaym tərəfindən yaradılmış sosioloji konsepsiya. Durkhayma görə, bir icma və ya cəmiyyət bəzən bir araya gələrək eyni anda eyni düşüncəni çatdıra və eyni hərəkətdə iştirak edə bilər. Belə bir hadisə daha sonra fərdləri həyəcanlandıran və qrupu birləşdirməyə xidmət edən kollektiv qaynamaya səbəb olur. == Dində == Durkhaym güc anlayışını aborigen cəmiyyətlərində dinin "elementar formaları" ilə bağlı araşdırmasında qeyd etdiyi klan simvolu olan totemlə əlaqələndirir. Qəbilənin adını verdiyi üçün simvol klanın toplanması zamanı mövcuddur. Bu məclislərdə iştirakı ilə totem həm səhnəni, həm də güclü hiss olunan duyğuları təmsil etməyə gəlir və beləliklə də qrupun kollektiv təmsilçiliyinə çevrilir. Dürkheym üçün din fundamental olaraq sosial fenomendir. Müqəddəslərin inancları və əməlləri sosial təşkilat üsuludur. Bu izahat "Elementar formalar" əsərində ətraflı şəkildə verilmişdir. Dürkheymə görə, "tanrı və cəmiyyət eynidir ...
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Amsterdam sazişi
Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Balkan sazişi
Balkan sazişi — 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir.
Belovejsk sazişi
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Deyton sazişi
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır. == ABŞ-nin təsiri == Sülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər. Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir. Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Münhen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Xilasetmə Sazişi
Astronavtların xilasedilməsi, Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş və ya digər adı ilə Xilasetmə müqaviləsi olaraq da bilinən kosmosa göndərilən insanların xilası üçün ölkələrə dörd hüquq və öhdəlik gətirən beynəlxalq müqavilədir. Müqavilə 19 dekabr 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (2345 saylı qətnamə (XXII)) konsensusla yaradılmış və 3 fevral 1968-ci ildə qüvvəyə minmişdir. Razılaşmanın şərtləri 1967-ci il tarixli Xarici Kosmik Müqavilənin 5-ci maddəsində yer alan xilasetmə müddəalarının detallı versiyasıdır.
Soçi sazişi
Soçi sazişi, rəsmi olaraq "Gürcüstan–Osetiya münaqişəsinin sülh yolu ilə həlli prinsipləri haqqında saziş" (rus. Соглашение о принципах мирного урегулирования грузино-осетинского конфликта) və ya Daqomıs sazişləri (gürc. დაგომისის შეთანხმება) — 24 iyun 1992-ci ildə Rusiya Prezidenti Boris Yeltsin və Dövlət Şurasının sədri (Gürcüstanın dövlət başçısı) Eduard Şevardnadze tərəfindən Rusiyanın Soçi şəhərində imzalanmış sənəd. Müqavilənin əsas müddəaları: Qarşı tərəflər atəşi dayandırmağa və silahlı birləşmələrini təmas zonasından çıxarmağa söz verirlər; Rusiya Cənubi Osetiyadan orada yerləşən mühəndis-istehkamçı və helikopter alaylarını çıxarmağı öhdəsinə götürür; Atəşkəs rejiminə, silahlı birləşmələrin çıxarılmasına, özünümüdafiə qüvvələrinin buraxılmasına və təmas zonasında təhlükəsizliyin təmin edilməsinə nəzarəti həyata keçirməli olan Qarışıq Nəzarət Komissiyası (QCC) yaradılır; Birgə Nəzarət Komissiyası hərbi müşahidəçi qruplarına və Qarışıq Sülhməramlı Qüvvəyə tabedir; Tərəflər regionun iqtisadi dirçəlişi və məcburi köçkünlərin geri qayıtması üçün şəraitin yaradılması üzrə dərhal danışıqlara başlamağa söz verirlər. Blokadaların və iqtisadi sanksiyaların tətbiqi qəbuledilməz elan edilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəs rejiminə nəzarət etmək və danışıqları asanlaşdırmaq barədə razılığa gəlmişdi. ATƏT gərginlik mənbələrini aradan qaldırmağa, mövcud atəşkəsi dəstəkləməyə və uzunmüddətli uyğunsuzluğu aradan qaldırmaq üçün daha geniş siyasi çərçivəni asanlaşdırmağa çalışmışdır. Müqavilənin müddəaları faktiki olaraq, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra öz qüvvələrini itirmiş və bu zaman kobud şəkildə pozulmuşdur.
Münxen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
123 Sazişi
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
Centlmen sazişi
Centlmen sazişi və ya centlmen müqaviləsi iki və ya daha çox tərəf arasında qeyri-rəsmi və hüquqi cəhətdən məcburi element daşımayan müqavilədir. O, adətən şifahi olur, lakin həm də yazılı və ya sadəcə olaraq konvensiya və ya qarşılıqlı faydalı etiket vasitəsilə açıqlanmayan razılaşmanın bir hissəsi kimi başa düşülə bilər. Centlmen sazişinin mahiyyəti ondan ibarətdir ki, onun yerinə yetirilməsi üçün hər hansı bir güc tətbiqi nəticəsində icra olunmağa deyil, tərəflərin şərəfinə əsaslanır. Bu, hüquqi saziş və ya müqavilədən fərqlidir. === Beynəlxalq münasibətlərdə === Qərb Sahilində güclü anti-yapon əhval-ruhiyyəsi yarandıqdan sonra ABŞ prezidenti Teodor Ruzvelt Çin immiqrasiyasında olduğu kimi Yaponiyanın ABŞ-yə immiqrasiyasını qadağan edən qanunvericiliyi dəstəkləməklə Yaponiyanı qəzəbləndirmək istəmədi. Əvəzində ABŞ və Yaponiya arasında qeyri-rəsmi "Centlmen müqaviləsi" (1907–8) və müvafiq qeyri-rəsmi Xanımlar Müqaviləsi var idi ki, bununla da Yaponiya ABŞ-yə çox az və ya heç bir hərəkət olmadığından əmin oldu. Razılaşmaları ABŞ dövlət katibi Eliu Rut və Yaponiyanın xarici işlər naziri Tadasu Hayaşi imzalayıb. Müqavilə yapon işçilərinin ABŞ-yə mühacirətini qadağan etdi və yaponları aşağılayan və qəzəbləndirən Kaliforniyadakı San-Fransisko Məktəbi Şurasının seqreqasiya qaydasını ləğv etdi. Müqavilə Havay ərazisinə şamil edilməyib. Konqres Yaponiyadan bütün immiqrasiyanı qadağan edən 1924-cü ilə qədər müqavilələr qüvvədə qaldı.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.